PSJ onun keçidini rəsmiləşdirdi

31.08.2022 11:35 275
Dünya futbolu
PSJ "Napoli"dən Fabian Ruizin transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. PSJ bu keçidə görə qarşı tərəfə 24 milyon avro ödəyəcək. Futbolçunun illik maaşı isə 5 milyon avro olacaq.

Qeyd edək ki, Fabian 2018-ci ildən "Napoli"də oynayırdı. O, bu müddət ərzində 166 matçda 22 qol vuub və 15 qolun ötürməsini verib. Oyunçu geridə qalan mövsüm isə 38 görüşdə 7 qola və 5 qol ötürməsinə imza atıb.