Maaşı iki dəfə artırılacaq

12.03.2023 22:51 243
Dünya futbolu
“Bavariya” Erik Çupo-Motinqlə müqaviləni yeniləməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, 33 yaşlı hücumçunun hazırkı sözləşməsi cari mövsümün sonunda qüvvədən düşəcək. Münhen klubu Erikin müqaviləsinin müddətini 2024-cü ili yayınadək uzatmağa hazırlaşır. Yeni müqaviləyə əsasən, forvardın maaşı iki dəfə artırılacaq. O, indi ilə 5 milyon avro qazanır.

Çupo-Motinq bu mövsüm bundesliqada 17 oyuna 10 qol vurub və 2 məhsuldar ötürmə edib.