Rza Çalımbay Samet Aybabanı geridə qoydu

29.03.2023 16:08 246
Dünya futbolu
Superliqanın son turu Rza Çalımbay üçün tarixi göstərici ilə əlamətdar oldu.

“Football-plus.az” xəbər verir ki, 60 yaşlı mütəxəssis baş məşqçi kimi Türkiyə çempionatında 622-ci oyununa çıxdı.

Bununla da o, Samet Aybabanı (621) geridə qoyaraq turnirin tarixində ən çox oyun keçirən baş məşqçiyə çevrildi! 3-cü pillədə hazırda “Beşiktaş”ı çalışdıran Şenol Günəş (593) qərarlaşıb. Aykut Kocamanla Yılmaz Vural (hərəyə 542) 4-5-ci pillələri bölüşür.