Oktyabrda “Sabah”ı çətin təqvim gözləyir - bəs, futbolçular nə düşünür?

20.09.2026 23:25 531
Ölkə futbolu / Manşet
Ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edən “Sabah”ı oktyabrda çətin təqvim gözləyir. Daha əvvəl də xəbər verdiyimiz kimi, “bayquşlar” milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra yetərincə ağır təqvimlə qarşılaşacaq. Çempion oktyabrın 9-da “Neftçi”, 13-də “Slaviya”, 20-də Dortmund “Borussya”sı, 24-də “Qarabağ”, 31-də “Turan Tovuz” ilə qarşılaşacaq

“Football-plus.az” bu çətin təqvimlə bağlı “Sabah”ın futbolçularının fikrini öyrənib.

Akim Zedadka:

“Həmin qarşılaşmalar tam fərqli turnirlər çərçivəsində baş tutacaq. Bəziləri premyer-liqa, digərləri Çempionlar Liqası matçıdı. Bütün qarşılaşmalara eyni intensivliklə hazırlaşırıq. Fasilədə yaxşı hazırlaşacağıq ki, növbəti oyunlara hazır olaq. 3-4 gündən bir oyunlarımız olacaq. Bunlara hazır olmalıyıq”.

Timoteuş Puxaç:

“Milli komandamın düşərgəsinə yollanıram və fikrimi yığmaya yönəltməliyəm. Rəqiblərə görə oyun üslubumuzu dəyişmirik. Növbəti matçlarda da hər zaman etdiyimizi icra edəcəyik".

Kristian Nvaçukvu:

"Düşünürəm ki, milli komandaların oyunları ilə bağlı yaranan fasilə oyunçuların dincəlməsi üçün fürsətdi. Bəzi oyunçular yığma komandalarda forma şansı qazanacaqlar. Fasilə bitəndən sonra hər matça yenə ayrı-ayrı yanaşacaq və müsbət nəticələr qazanmağa çalışacağıq. İnanıram ki, qeyd etdiyiniz qarşılaşmalarda da sevinən tərəf biz olarıq".

İSRAYIL XEYRULLAYEV