Cüdoçumuz dünya çempionu oldu

20.09.2026 23:00 90
İdman
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, ilk yarış günündə komandamız M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

-100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər.

Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.