Əsasən “Liverpul”dakı çıxışı ilə tanınan Lukas Leyva karyerasını başa vurub.
"Football-plus.az" xəbər verir ki, bu barədə onun sonuncu klubu “Qremio” məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçinin ürəyində problem aşkarlanıb. Buna görə də Lukas futboldan ayrılmalı olub. Xatırladaq ki, o, “Liverpul”da 2007-17-ci illərdə çıxış edib. Braziliyalı futbolçu premyer-liqada 247 oyun keçirib və 1 qol vurub. Peşəkar karyerasına “Qremio”da (2005-07) başlayan Leyva doğma klubuna 2022-ci ildə qayıtmışdı.
O, Avropada “Latsio”nun (2017-22) formasını da geyib. Lukasın Braziliya yığmasında 2007-13-cü illərdə 24 oyun keçirdiyini də xatırladaq.