31 yaşında karyerasını başa vurmalı oldu

15.09.2022 21:40 346
Dünya futbolu
Davide Santon karyerasını başa vurub.

O, bu qərarı 31 yaşında verib. “İnter”in yetirməsi olan Santon bu komandadan başqa “Çezena”, “Nyukasl” və “Roma”da da çıxış edib. Karyerası boyunca zədə sindromundan əziyyət çəkən müdafiəçi klub səviyyəsində keçirdiyi 293 oyunda 2 qolun və 14 məhsuldar ötürmənin müəllifi olub. Davidenin İtaliya yığmasında 8 oyun keçirdiyini də xatırladaq.