• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milli bu qrupda 9 xala ümid edə bilər - TƏHLİL

Yığma / Yazarlar

12-10-2022, 22:0

Azərbaycan millisi gələn il martın 24-də yeni macəraya başlayır.

Komandamız AÇ-2024-ün seçmə mərhələsində mübarizə aparacaq. Artıq rəqiblərimiz də bəllidi. Yığmamız F qrupuna düşüb. Canni de Byazinin yetirmələri Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Elə püşkatmadan yığmamızın bəxtinin gətirmədiyini söyləmək olar. Komandamızın 5-li qrupa düşməsi bizim əlehimizə olan məqamdı. 6-lı qrupa düşsəydik, bizdən zəif daha bir rəqiblə üz-üzə gəlməli olacaqdıq.

İndiki məqamda isə xal qazanmaq ehtimalımız azdı. Hər halda, rəqiblərin gücü və FIFA reytinqində yer aldığı sıralama bunu deməyə əsas verir. Bəs rəqiblərimiz kimlərdi? Onlar hazırda hansı gücdədilər? Onların hansı ilə neçə dəfə qarşılaşmışıq? Bu yazıda məhz bu məlumatları diqqətinizə çatdıracağıq.

Dünya ikincisi Belçika

Qrupun aşkar favoriti “qırmızı ilbislər”di. Beniluks təmsilçisi 1816,71 əmsalla FIFA reytinqində 2-ci pillədə qərarlaşıb. Roberto Martinesin komandasında dünya ulduzları yer alıb. Edin Azar, Yannik Karrasko, Kevin de Bruyne, Mişi Batşuayi, Aleks Vitsel kimi futbolçuların gücündən və potensialından danışmağa ehtiyac yoxdu. Hər halda, Canni de Byazinin komandasının “qırmızı iblislər”dən xal və ya xallar alması Avropa futbolu üçün sensasiya sayılacaq. Çünki rəqib ümumilikdə futbolçularının dəyəri 554 milyon avro olan Belçikadı.

Bu komandalar indiyə kimi 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin 3-də Belçika qələbə qazanıb, 1-də isə qalib müəyyənləşməyib. Topların nisbətində də rəqib öndədi - 9:2.

11.11.2006 Brüssel. AÇSO. Belçika – Azərbaycan 3:0

21.11.2007 Bakı. AÇSO. Azərbaycan – Belçika 0:1

29.03.2011 Brüssel. AÇSO. Belçika – Azərbaycan 4:1

02.09.2011 Bakı. AÇSO. Azərbaycan – Belçika 1:1



243,2 milyon avro dəyəri olan “bizim oğlanlar”

İkinci səbətdən qismətimiz Avstriya yığması oldu. “Bizim oğlanlar” son vaxtlar inkişafda olan komandalardandı. Onlar hazırda FIFA reytinqində 34-cu sırada yer alıb. Ralf Ranqnikin komandasının heyətində Alaba, Arnautoviç və Sabitser kimi dünya ulduzları çıxış edir. Təbii ki, bu komandaların duellərində də favorit avstriyalılar olacaq. Bu görüşlərdə alınacaq xal və ya xallar De Byazi üçün uğur sayılacaq. Çünki heyətindəki futbolçuların ümumi dəyəri 243,2 milyon avro olan rəqiblə bərabər mübarizə aparmaq potensialı Azərbaycan millisində yoxdu.

Ümumiyyətlə, bu komandalar 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin hamısı rəsmi matçlar olub. Avstriya 3 oyunda qələbə qazanıb. 1 görüşdə, ümumiyyətlə, hesab açılmayıb - 0:0. Topların nisbətində də “bizim oğlanlar” öndədi - 9:1.

08.09.2004 Vyana. DÇSO. Avstriya – Azərbaycan 2:0

07.08.2005 Bakı. DÇSO. Azərbaycan – Avstriya 0:0

08.10.2010 Vyana. AÇSO. Avstriya – Azərbaycan 3:0

07.11.2011 Bakı. AÇSO. Azərbaycan – Avstriya 1:4

Qapısından top keçirə bilmədiyimiz İsveç

3-cü səbətdən bizə İsveç yığması qismət oldu. Skandinavlar hazırda nəsildəyişmə prosesindən keçsələr də, heyətləri olduqca yaxşı futbolçulardan qurulub. Viktor Lindelöf, Antoni Elanqa, Emil Forsberq, Deyan Kulusevski, Patrik Volemark Avropanın top-klublarının üzvləridi. 3-cü səbətdə yer almasına rəğmən, İsveç FIFA reytinqində 25-ci pillədə qərarlaşıb. Onların hesabında 1553,33 əmsal var. Yanne Anderssonun rəhbərlik etdiyi komanda ikincilik uğrunda mübarizə aparacaq. Bu səbəbdən də Estoniya və Azərbaycandan maksimum xal alıb, Belçika və Avstriyanı büdrətməyə çalışacaq.

Ümumiyyətlə, yığmamız bu rəqiblə cəmi iki dəfə üz-üzə gəlib. Bu görüşlərin 2-də də məğlub olmuşuq. Ən pis məqam isə rəqibin qapısından top keçirə bilməməyimizdi - 4:0.

02.09.2000 Bakı. DÇSO. Azərbaycan – İsveç 0:1

07.10.2001 Stokholm. DÇSO. İsveç – Azərbaycan 3:0

Qələbə qazanmağa ümid etdiyimiz Estoniya

Qrupdakı tək münasib rəqibimiz Estoniyadı. “Göyköynəklər” hazırda FIFA reytinqində 109-cu pillədə yer alıb. Onların hesabında 1184,64 əmsal var. Tomas Höberlinin komandasının heyətində yer alanlar, demək olar ki, De Byazinin kollektivi ilə eynidi. Bu komandanı hər iki görüşdə məğlub edərək 6 xal qazanmaq olar. Ən azı Slovakiya, Belarus və Qazaxıstanı məğlub edən yığmamız estonlar üzərində də qələbə qazanmalıdı.

Ümumiyyətlə, bu komandalar indiyə kimi ancaq yoldaşlıq görüşlərində üz-üzə gəlib. 8 görüşün 3-də estonlar qələbə qazanıb. 1 qarşılaşmada sevinən tərəf biz olmuşuq. 4 matçda isə qalib müəyyənləşməyib. Topların nisbətində də rəqib öndədi - 8:5.

15.02.1996 Larnaka. YO. Estoniya – Azərbaycan 0:0

01.03.1997 Larnaka. YO. Azərbaycan – Estoniya 0:2

04.06.1997 Vilyandi. YO. Estoniya – Azərbaycan 1:0

16.05.1998 Vilyandi. BT. Estoniya – Azərbaycan 0:0

28.11.1998 Gəncə. YO. Azərbaycan – Estoniya 2:1

06.03.1999 Larnaka. YO. Azərbaycan – Estoniya 2:2

03.07.2002 Kuressaare. YO. Estoniya – Azərbaycan 0:0

15.11.2013 Tallin. YO. Estoniya – Azərbaycan 2:1

Keçən indi ümumi dəyərləndirməyə. Sözsüz, qrup liderliyi uğrunda 3 komanda mübarizə aparacaq. Söhbət Belçika, Avstriya və İsveçdən gedir. Azərbaycan millisinin bu komandalardan ümumilikdə 3 xal almaq potensialı var. Bunu da evdəki görüşlərdə heç-heçə etməklə bacara bilərik. Yuxarıda qeyd etdiyimiz kimi, estonlardan isə 6 xal qopara bilərik.

Qrup ikincisi olmağı düşünmək xəyal qırıqlığı ola bilər. Heç təqvim də bu işdə bizə köməkçi olmadı. Martdakı ilk 2 görüşdə əvvəlcə avstriyalıların, daha sonra isveçlilərin qonağı olacağı. Belə başlağıncda nəyəsə ümid etmək özünü aldatmaqdan başqa bir şey olmayacaq.

Məqsədimiz bədbinlik yaratmaq deyil. Amma millimizin və rəqiblərin güclərini müqayisə edəndə hər şey ortaya çıxır. Canni de Byazi və AFFA əksini düşünürsə, bu meydan, bu da şeytan!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma

23-06-2022, 12:0

Belarus qələbəsi FIFA reytinqində işimizə yaradı

Yığma

10-10-2022, 15:0

Millimizin oyunlarının vaxtı bilindi - Avro-2024

Yığma / Yazarlar

25-09-2022, 19:0

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - TƏHLİL

Yığma / Manşet

12-10-2022, 19:0

Mircavadov: “Qurban Qurbanovun yetirmələri necə döyüşürsə, millimiz də o cür döyüşməlidi”

Yığma / Manşet

12-10-2022, 20:0

İqor Ponomaryov: “Bəxtimiz gətirsə və hər iki oyunda Estoniyanı məğlub etsək...”

Yığma / Dünya futbolu

10-10-2022, 09:0

"Azərbaycan millisi çox inkişaf edib" - Roberto Martinez

Aktual
Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
Son xəbərlər
  • Bu gün, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Bu gün, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Bu gün, 11:13
    Konte Neapolu tərk edəcək?
  • Bu gün, 10:52
    Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
  • Bu gün, 10:31
    Klubu ilə müqaviləsini yenilədi
  • Bu gün, 10:00
    Lissabondan Milana üz tutmaq şansı var
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
Daha çox
Oxunub: 477
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 261
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 256
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 234
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 177
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 161
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə