"Neftçi" - "Qəbələ" oyunu saat neçədədi?

23.03.2023 11:13 351
Ölkə futbolu
Misli premyer-liqasında yaranan fasilədə üz-üzə gələcək "Neftçi" - "Qəbələ" yoxlama matçının başlama saatı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, martın 25-də Bakı klubunun təlim-məşq bazasının stadionunda keçiriləcək görüş saat 16.00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" 27 turdan sonra 56 xalla 3-cü, "Qəbələ" 36 xalla 5-ci pillədə qərarlaşıb.