"Zirə" "Qəbələ"yə qarşı

27.03.2022 11:37 548
Ölkə futbolu
Milli komandaların mtçları ilə əlaqədar Premyer - Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" bu gün hazırlıq oyununda qarşılaşacaq.

"Football-plus.az" saytının məlumatına görə, görüş 16.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Qeyd edək ki, "Zirə" hazırda turnir cədvəlində 35 xalla 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.