"Zirə" yoxlama oyunu keçirəcək

20.03.2023 10:00 2 936
Premyer-liqa
“Zirə” milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.

Martın 25-də Zirə İdman Kompleksində start keçiriləcək görüş saat 16.00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" Misli premyer-liqasında 37 xalla 4-cü, "Şamaxı" isə 20 xalla 9-cu pillədə qərarlaşıb.