MBA əfsanəsi, bu turnirin snayperi adını bir neçə gün əvvəl Lebron Ceymsə təhvil verən Kərim Əbdül-Cabbar gənclərin təhsil proqramına yardım etmək üçün 4 çempionluq üzüyünü, 3 MVP mükafatını və kolleksiyasındakı başqa dəyərli əşyaları satıb.
"Football-plus.az" xəbər verir ki, onun MBA-da çıxış etdiyi dövrdə qazandığı mükafatlarla hələ 2019-da vidalaşmasının təfərrüatı bugünlərdə bəlli olub. Əbdül-Cabbar satış əməliyyatlarından topladığı 2,8 milyon dolları təhsil proqramının inkişafına ayırıb.
Əfsanəvi mərkəz oyunçusu MBA karyerası boyunca 6 dəfə çempion olub, bir o qədər də mövsümün ən dəyərli oyunçusu üçün mükafata yiyələnib.