Dünən səhər saatlarında keçirilən oyunda “Leykers” “Oklahoma-Siti”yə uduzsa da, nəticə çox nəhəng hadisənin kölgəsində qaldı.
Football-plus.az xəbər verir ki, “gölməçəsevərlər”in forvardı Lebron Ceyms 3-cü çeyrəyin gedişində 36-cı xalını toplamaqla əfsanəvi Kərim Əbdül-Cabbarın rekordunu (38387) yenilədi.
Bu hadisə gerçəkləşən kimi oyun dayandırıldı. Əbdül-Cabbar rəmzi şəkildə topu Lebrona verdi. Bu oyunda 38 xal toplayan 38 yaşlı amerikalının hesabında indi 38390 xal var.
Əbdül-Cabbar müntəzəm çempionatda sonuncu xalını 1989-cu il aprelin 24-də toplayıb ki, onda Lebronun 4,5 yaşı var idi. Lebron MBA-da ilk xalını 2003-cü il oktyabrın 30-da toplayıb. Beləliklə, rekordu qırmaq üçün ona 19,5 il lazım gəlib.