Oveçkinin şərəfinə mərasim olacaq

22.03.2023 17:57 218
İdman
“Vaşinqton” “Kolambus”la oyundan əvvəl hücumçusu Aleksandr Oveçkinin şərəfinə mərasim keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu haqda paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Həmin oyun bu gün keçiriləcək. Mərasim rusiyalı ulduzun MHL tarixinin snayperləri sırasında 2-ci pilləyə yüksəlməsinə həsr olunub. Oveçkin dekabrda Qordi Hounu arxada qoyub. Rusiyalı mərasim zamanı “Vaşinqton”la yanaşı, MHL-dən Liqa Oyunçularının Assosiasiyasından və komanda yoldaşlarından da xüsusi hədiyyə alacaq.

Mərasimdə “Vaşinqton”un sahibi Ted Leonsis, klub prezidenti Dik Patrik, MHL komissarının müavini Bill Deyli, Mark Hou və Oveçkinin ailəsi – xanımı Anastasiya, oğulları Sergey və İlya, anası Tatyana və qardaşı Mixail də iştirak edəcək.