MHL-də də maraqlı hadisələr baş verməkdədi.
Football-plus.az xəbər verir ki, “Vaşinqton” mövsümə uğursuz başlayıb və dünən ardıcıl 3-cü məğlubiyyətlə barışdı.
Amma paytaxt klubunun rusiyalı ulduzu Aleksandr Oveçkin yenə fərqləndi. O, bir komandanın heyətində qol sayına görə indiyə qədər Qordi Houya məxsus olan rekordu təkrarladı. Hou “Detroyt”un heyətində 786 qol vurub. 37 yaşlı Oveçkinin bütün karyerası 2005-ci ildə qoşulduğu “Vaşinqton”la bağlıdı.
MHL tarixinin snayperləri sırasında yalnız Hou ilə Qretskidən geri qalan 37 yaşlı rusiyalının dünənki qolu başqa mənada da önəmli oldu. Belə ki, Ovi səfər oyunlarında 400-cü dəfə fərqlənməklə MHL tarixinə bunu bacaran ikinci hokkeyçi kimi düşdü. İndi o yalnız Qretskidən (402) geri qalır.