Mətbuatada yayılan xəbərlərə inansaq, “Araz Naxçıvan” Futbol Akavdemiyasının baş əlaqələndiricisi Adil Şükürov Naxçıvan klubundan ayrılmağa qərar verib.
45 yaşlı mtəxəssis yeni müqaviləyə imza atmaqdan imtina edib. Söylənilənlərə aydınlıq gətirmək üçün Adil bəylə əlaqə saxladıq.
Akademiya rəhbəri “Football-plus.az” saytına açıqlamasında hələ ki, belə fikirinin olmadığını söylədi:
“Mətbuatda barəmdə yazılanlardan xəbərim yoxdu. “Araz Naxçıvan”dan ayrılmaq istəyirəm? Hələ ki, belə fikrim yoxdu. Ancaq hansısa premyer-liqa təmsilçisindən təklif gəlsə və şərtlər ən azı Naxçıvandakı kimi olsa bu barədə düşünə bilərəm”.
Adil bəy bizimlə söhbətdə son bir ildə Naxçıvanda uşaq futbolu sahəsində görülən işlər barədə də məlumat verdi:
“Naxçıvanda uşaqlar daha çox elmə və fərdi idman növlərinə üstünlük verirlər. Ancaq son bir ildə vəziyyət dəyişib. Valideynlər artıq uşaqlarını futbola cəlb etməyə başlayıblar. Söhbət butda tək “Araz Naxçıvan”dan getmir. Muxtar respiblikanın başqa bölgələrində də uşaq futboluna diqqət ayrılır. Hazırda təşkilatlanma işləri gedir. Fikrimiz var ki, daxili çempionat keçirək. Bu günə kimi uşaq komandaları ayrı-ayrı turnirlərdə iştirak edirdilər. Və yaxud olimpiya sistemi ilə təşkil olunan turnirə qatılırdılar ki, bu da uduzan komandanın il ərzində bir oyun keçirməsi demək idi. Uşaqların potensialını üzə çıxarmaq üçün çempionatın olması vacibdi. Ən böyük problemlərdən biri də invertarla bağlıdı. İldə bir dəfə AFFA tərəfindən Naxçıvana forma və toplar göndərilir. Lakin bu yetərli deyil. Əsas çatışmazlıq isə kateqoriyalı məşqçilərin sayının azlığıdı. Təsəvvür edin ki, 40 komandaya cəmi 14 B kateqoriyasına malik mütəxəssis var. Məşqçi var, ancaq kateqoriyası olan azdı. Maarifləndirmə yönündə çalışırıq. Artıq iki seminar təşkil etmişəm. Qarşıda daha bir neçə seminar keçmək istəyirəm ki, məşqçilərimiz məlumatlı olsunlar. Perspektivlu uşaqlar var. Onları üzə çıxarmaq, inkişaf etdirmək üçün mütləq çempionat təşkil olunmalıdı”.
RƏŞAD