Türkiyə çempionatında çıxış edən ''Kasımpaşa'' son illərdə bəlkə də dünya futbolunda ən çox məşqçi dəyişdirən klublardan biridi.
"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi ən son ötən həftəiçi Səlcuk İnanla yollarını ayırmış və yeni məşqçi axtarışına başlamışdı. Komanda 25 oyuna topladığı 26 xalla 13-cü pillədə qərarlaşıb. 2019-dan bu yana, yəni son 4 mövsümə nəzər salsaq, ''Kasımpaşa''da artıq 11 məşqçi istefası reallaşıb!
Cari mövsümə komanda Sami Uğurlu ilə başlamışdı. 3-cü turdan sonra istefaya göndərilən bu məşqçini Şenol Can əvəzləmişdi. Canın yerinə 12-ci turda Səlcuk İnan gətirilmişdi və göründüyü kimi artıq o da qovulub. Yəni ''Kasımpaşa'' bu mövsümkü 4-cü məşqçisini axtarır və bu gedişlə Türkiyə rekordunu təkrarlaya bilər.
Həmin rekord ''Yeni Malatyaspor''a aiddi. Malatya təmsilçisi elitanı tərk etdiyi 2021/22 mövsümünün gedişində 5 fərqli məşqçi ilə çalışmışdı.
ƏLİ