Türkiyə çempionatından növbəti istefa xəbəri var.
"Football-plus.az" xəbər verir ki, ''Kasımpaşa'' Səlcuk İnanla yollarını ayırmaq qərarına gəlib. Bu hadisə dünən baş verib. ''Kasımpaşa'' 26-cı tur çərçivəsində öz meydanında autsayder ''Ümraniyəspor''u yenə bilməyib (1:1). Qarşılaşmadan bir neçə saat sonra tərəflər qarşılıqlı razılıq yolu ilə vidalaşıblar. Bu istefanı sürpriz saymaq olar. Çünki İnan bu vəzifəyə cəmi 4 ay öncə gəlmişdi. Futbolçu karyerasını 2020-də başa vuran Səlcuk daha sonra bir müddət ''Qalatasaray''da Fatih Terimin köməkçisi qismində çalışmışdı. Noyabrın 22-də ''Kasımpaşa''nın başına keçməklə müstəqil məşqçi karyerasında debüt etmişdi. 38 yaşlı mütəxəssis açıqlamasında qeyd edib ki, klubun gələcəyi ilə bağlı rəhbərliklə aralarında fikir ayrılığı olduğu üçün onlar yolları ayırmağı lazım biliblər. ''Kasımpaşa'' bu məşqçinin başçılığı altında 12 çempionat oyunundan 2 qələbə, 3 heç-heçə, 7 məğlubiyyətlə ayrılmış oldu. Bundan başqa komanda ölkə kubokunda da ''Ümraniyəspor''a yenilərək mübarizəni erkən dayandırmışdı.