Azərbaycan Fransaya qarşı - YENİLƏNİR

22.03.2023 10:12 236
Ölkə futbolu
Bu gün 19 yaşlılardan ibarət futzal üzrə Azərbaycan yığması AÇ-2023-ün seçmə mərhələsində ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, millimiz 5-ci qrupda fransalı həmyaşıdları ilə üz-üzə gələcək.

20:00 Fransa (U-19) – Azərbaycan (U-19)

Qrupun digər matçında Yunanıstan və Bosniya və Herseqovina milliləri qarşılaşacaq.

Bütün matçlar Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərində keçiriləcək.