Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatını buraxacaq - SƏBƏB

13.03.2023 11:45 258
Yığma
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlər yaranıb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq.

Bu səbəbdən yığmanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq.

Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun matçları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.