Milli komandanın ilk rəqibi Fransa olacaq

7.02.2023 12:12 272
Ölkə futbolu
19 yaşadək futzalçılar arasında təşkil olunacaq AÇ-2023-ün əsas mərhələsində mübarizə aparacaq millinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

“Football-plus.az” saytının məlumatına görə, yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqib Bosniya və Hersoqovina futzalçıları olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstana qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Hersoqovinada təşkil olunacaq.

Fransa – Azərbaycan
22 mart. Şiroki Briyeq. Pecara İdman zalı. Saat 20.00

Yunanıstan – Bosniya və Hersoqovina
22 mart. Şiroki Briyeq. Pecara İdman zalı. Saat 23.00

Yunanıstan – Fransa
23 mart. Şiroki Briyeq. Pecara İdman zalı. Saat 20.00

Bosniya və Hersoqovina – Azərbaycan
23 mart. Şiroki Briyeq. Pecara İdman zalı. Saat 23.00

Azərbaycan – Yunanıstan
25 mart. Şiroki Briyeq. Pecara İdman zalı. Saat 20.00

Bosniya və Hersoqovina – Fransa
25 mart. Şiroki Briyeq. Pecara İdman zalı. Saat 23.00