Yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqib Bosniya və Hersoqovina futzalçıları olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstana qarşı keçirəcək. Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Hersoqovinada təşkil olunacaq.
22 mart
Fransa – Azərbaycan
Şiroki Briyeq. Pecara İdman zalı. Saat 20.00
Yunanıstan – Bosniya və Hersoqovina
Şiroki Briyeq. Pecara İdman zalı. Saat 23.00
23 mart
Yunanıstan – Fransa
Şiroki Briyeq. Pecara İdman zalı. Saat 20.00
Bosniya və Hersoqovina – Azərbaycan
Şiroki Briyeq. Pecara İdman zalı. Saat 23.00
25 mart
Azərbaycan – Yunanıstan
Şiroki Briyeq. Pecara İdman zalı. Saat 20.00
Bosniya və Hersoqovina – Fransa
Şiroki Briyeq. Pecara İdman zalı. Saat 23.00
Həm təqvim, həm də planlar ilə bağlı U-19-un baş məşqçisi Ağatahir Əzimovla danışdıq:
"Biz bura 4-cü səbətdən düşmüşük. Reytinqimiz aşağı olduğuna görə ilk matçımız ən güclü rəqib Fransaya qarşı olacaq. Əslində bütün rəqiblərimiz güclüdü. Bosniya və Hersoqovina ilə Fransa son 2-3 ayda iki turnirdə çıxış etməklə yanaşı, 10 yoxlama oyunu da keçiriblər. Hər ikisinin oyunlarını izləmişəm, çox səviyyəli heyətləri var. Yalnız Yunanıstan haqda nəsə deyə bilmərəm. Çünki onları yaxından təhlil etməmişəm. Hələ ki bir toplanış keçirmişik. Heyəti 6-7 ay əvvəl yığmışıq. Martın 5-15-i aralığında növbəti toplanışı keçirməyi düşünürük. Xarici komandalarla yoxlama görüşləri nəzərdə tutulmayıb. Əslində U-19 elitada çıxış edir deyə, ölkə daxilində də sınaq matçının keçirilməsinə can atmırıq. Zatən çempionatda "Araz Naxçıvan", "Baku Fire" kimi komandara qarşı oynayırıq. Rəqiblərimiz güclü olsa da, əl-qolumuzu yanımıza salmayacağıq. Maksimum çox xal toplamağa çalışacağıq. Mərhələ keçmək şansımız cuzidi. Lakin bacardığımızın ən yaxşısını etməyə çalışacağıq".
ABDULLA İSMAYILOĞLU


