Martın 21-dən 26-dək Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı səfərə aparılacaq. Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə matçların təşkil olunacağı Siroki Breyq şəhərinə avtobusla yollanacaq. U-19-u oyunlara baş məşqçi kimi İlqar Aslanov çıxardacaq. Komandanın heyətini və oyunların təqvimini diqqətinizə çatdırırıq:
Əli Quliyev (ADBTİA), Sadiq Əlizadə, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Qudrət Qasımzadə (hamısı "Baku Fire"), Kərim Babayev ("Zirə"), Şahbaz Həndəmli, Əhməd İsmayılov, Sunay Həsənov, Elşən Mahmudov , İlham Alıyev (hamısı U-19).
Fransa – Azərbaycan
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20.00
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Bosniya və Herseqovina – Azərbaycan
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Azərbaycan – Yunanıstan
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)