“Atletiko”nun Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməməsi Dieqo Simeone ilə bağlı şayiələri artırıb.
"Football-plus.az" xəbər verir ki, İspaniya mənbələri onun tezliklə istefaya göndəriləcəyini və yerinə Luis Enrikenin təyinat alacağını iddia edir. Madrid klubunun artıq İspaniya yığmasının çalışdırıcısı ilə təmas qurduğu bildirilir.
Xatırladaq ki, Simeone “Atletiko”nu 2011-ci ildən çalışdırır. Komanda onun dövründə avrokuboklarda ilk dəfə qrup mərhələsini adlaya bilməyib.