Milli komandanı tərk etdi

20.03.2023 20:21 219
Dünya futbolu
Darvin Nunyes Uruqvay yığmanın düşərgəsini tərk edib.

"Football-plus.az" xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətini məlumatına görə, “Liverpul”un hücumçusunda zədə aşkarlanıb. Həkimlər bu səbəbdən Yaponiya və Koreya ilə yoldaşlıq oyunlarında Nunyesin oynamamasını məsləhət görüblər. 23 yaşlı futbolçu müalicəsini Uruqvayda davam etdirəcək.

Qeyd edək ki, Darvin milli formada 16 oyuna 3 qol vurub.