"Neftçi" martın 25-də yoxlama oyunu keçirəcək

21.03.2023 13:51 404
Premyer-liqa
Yığmanın seçmə mərhələ oyunları ilə bağlı ölkə çempionatında 2 həftəlik fasilə yaranıb. Bu müddətdə klublarımızın planları maraq doğurur.

"Football-plus.az" saytı olaraq "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevin məsələ ilə bağlı fikrini öyrəndik:

"Kəpəz"lə oyundan sonra bayramla əlaqədar futbolçularımızı istirahətə buraxdıq. Bu gündən məşqlərə start verilib. Martın 25-də yoxlama oyunu keçirməyi planlaşdırırıq. Rəqib və digər məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə veriləcək".


ABDULLA İSMAYILOĞLU