“Zirə” hələ qərar verməyib - AÇIQLAMA

19.03.2023 22:41 266
Premyer-liqa / Manşet
Yığmanın seçmə mərhələdə oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb. Bu müddətdə klublarımızın planları maraq doğurur.

"Football-plus.az" saytı olaraq "Zirə"nin sözçüsü Elmar Abdullazadənin bu yöndə fikrini öyrəndik:

"Sabah"la matçdan sonra futbolçulara istirahət verildi. Martın 19-dan məşqlərə start verildi. Qarşıda yoxlama oyunu keçirib-keçirməyəcəyimiz hələ müəyyənləşməyib".


ABDULLA İSMAYILOĞLU