"Sabah""ın fasilə ilə bağlı planı bəllidi

19.03.2023 18:25 359
Premyer-liqa / Manşet
Azərbaycan yığmasının seçmə mərhələdə oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Bu müddətdə klublarımızın planları maraq doğurur. "Football-plus.az" saytı olaraq "Sabah"ın sözçüsü Elnur Həmidovun fikrini öyrəndik:

"Fasilə dönəmində komanda məşqlərini Masazırda davam etdirəcək. Hazırda komandamızın 12 üzvü müxtəlif milli komandalara dəvət alıb. Fasilə dönəmində klubun U-19 komandası ilə yoxlama oyunu keçirilə bilər. Bu məsələ qarşıdakı günlərdə aydınlaşacaq".

ABDULLA İSMAYILOĞLU