"Sumqayıt" yoxlama oyunu keçirəcək

19.03.2023 13:25 269
Premyer-liqa / Manşet
Yığmanın seçmə mərhələ oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Görəsən, bu müddətdə klublarımızın planları necə olacaq? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq "Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədova müraciət etdik:

"Martın 20-də komandamız toplaşacaq. Əvəzedici komandamızla yoxlama görüşü keçirəcəyik. Sadəcə, oyunun vaxtı dəqiqləşməyib. Ya ayın 25-i, ya da 26-na nəzərdə tutulub. Qarşıdakı günlərdə məsələ dəqiqləşəcək".

ABDULLA İSMAYILOĞLU