"Qəbələ" yoxlama oyunu keçirəcək

19.03.2023 23:00 328
Premyer-liqa / Manşet
Yığmanın seçmə mərhələ oyunları ilə bağlı ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Bu müddətdə klublarımızın planları maraq doğurur. "Football-plus.az" saytı olaraq "Qəbələ"nin mətbuat katibi Anar Hacıyevin məsələ ilə bağlı fikrini öyrəndik:

"Şamaxı"yla oyundan sonra komanda 4 günlük istirahətə çıxıb. Martın 22-də hazırlığa start verəcəyik. Bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Amma vaxt, rəqibin adı hələ bəlli deyil".


ABDULLA İSMAYILOĞLU