Qarşılıqlı hücumlar şəraitində keçən matçda təhlükəli vəziyyətlərin sayı o qədər də çox olmadı. Bəs 0:0 hesabı oyunun axarını nə dərəcədə düzgün əks etdirir? Hansı komanda daha üstün təsir bağışladı?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün təcrübəli mütəxəssis Aslan Kərimovla əlaqə saxlayıb:
“Əslində hansı tərəfin daha üstün olduğunu demək mənim üçün bir qədər çətindi. Bəlkə ümumilikdə bir qədər daha dominant görünən tərəf “Sabah” idi. “Sabah”ın daha çox topa nəzarət etməsi, meydanın rəqibə aid hissəsində topu özündə saxlaması, qol imkanları belə deməyimə əsas verir. Bəlkə də aşağı-yuxarı hər ikisinin qol imkanları eyni idi. Hansının qol imkanlarının daha təhlükəli olduğunu artıq detallı təhlildə müəyyənləşdirmək mümkündü. Amma ümumi baxışda qol imkanları baxımından bəlkə də həqiqətən hesab bərabərdi. Topa sahib olan, oyunda daha dominant görünən tərəf nisbətən “Sabah” idi. Məncə, heç-heçə ədalətli nəticədi, yəni təəccüb doğurmamalıdı”.
İSRAYIL XEYRULLAYEV






