Millimizin heyəti açıqlandı

15.03.2022 13:55 618
İdman
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Millimizin martın 16-dan 19-dək Xorvatiyada keçirəcək seçmə mərhələ oyunlarının təqvimini və dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Azər Fərmanov, Zaur Sultanov

Oyunçular: Mirzə Əmirov, Şaiq Vəlizadə, Nazim Rəhimov, Fariz Mehralıyev, Xəzər Ağalızadə, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fuad Məmmədzadə, Novruz Kazıxanov, Mikayıl Qiyasov

17 mart. Saat 20.00

Xorvatiya – Azərbaycan

18 mart. Saat 20.00

Latviya - Azərbaycan