Emreli "qol orucu"nu dublla pozdu - VİDEO

13.11.2022 22:30 369
Ölkə futbolu / Manşet
Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" da növbəti matçına çıxıb. Zaqreb təmsilçisi "Riyeka"nın qonağı olub. Həmyerlimiz görüşə 72-ci dəqiqədə daxil olub. O, meydana çıxdığı dəqiqədəcə fərqlənməyi bacarıb. Yığmamızın futbolçusu 85-ci dəqiqədə dublunu rəsmiləşdirib.

Görüş zaqreblilərin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Emreli görüşün 73-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.