Emreli yenə oynamadı

6.11.2022 23:12 346
Ölkə futbolu
Xorvatiya çempionatında 16-cı turun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, millimizin forvardı Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" da növbəti matçına çıxıb. Zaqreb təmsilçisi "Şibenik"lə qarşılaşıb. Görüş Emrelinin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlimiz görüşü ehtiyat oyunçular skamyasından izləyib.