• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” üçün ənənəvi olmayan fakt: İtaliya çempionu yerli futbolçulardan imtina edir? - TƏHLİL

Çempionlar Liqası

17-03-2023, 23:0

A seriyasında 26-cı tura bazar ertəsi keçirilən bir oyunla yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, martın 13-də Milanda baş tutan matçda qalib müəyyənləşmədi. Eyniadlı komandanın öz meydanında B seriyasına qayıtmamaq üçün çarpışan “Salernitana”ya qalib gələ bilməməsi (1:1) bir qədər gözlənilməz oldu. Amma “Milan”la bağlı digər fakt diqqəti daha çox cəlb etdi.

“Milan”ın belə start heyəti olmamışdı...

İtaliyanın son çempionu ilin ilk ayı ilə müqayisədə fevralda çox yaxşı nəticələr əldə etsə də, vəziyyət yenidən pisləşib. 25-ci turun martın 4-də baş tutan səfər oyununda “Fiorentina”ya uduzan (1:2) Stefano Pyolinin komandası autsayderdən evdə yalnız bir xal ala bildi. Nəticədə indi ölkə çempionatında 4-cü yerdə olan “Milan” lider “Napoli”dən nə az, nə çox – düz 20 xal geri düşdü.

İndi müzakirəyə yol açan əsas faktı nəzərinizə çatdıraq. Pyoli “Salernitana”ya qarşı oyuna sırf legionerlərlə başlamağı lazım bilib. Onlardan fransalı hücumçu Olivye Jirunun fasilə ərəfəsində vurduğu qol komandanın qələbəsi üçün kifayət etməyib. “Opta” statistika şirkətinin məlumatına əsasən, “Milan”ın start heyətində A seriyasında qələbəyə görə 3 xal sisteminin tətbiq olunduğu 1994/95 mövsümündən indiyədək ilk dəfə yerli oyunçu görünməyib. “La Gazzetta dello Sport” və “La Repubblica” qəzetləri, həmçinin “Sky Sport Italia” telekanılı belə halın ölkə nəhənginin azı A seriyasında çıxış etdiyi illərdə ilk dəfə qeydə alındığını da dəqiqləşdirib. “Qırmızı-qaralar”ın tarixinə düşən faktın detallarına nəzər salaq.

* Start heyətində birdən-birə 9 ölkədən olan futbolçuya təsadüf edilib (onlardan ikisinin ikili vətəndaşlığı var). İlk dəqiqələrdən daha çox oyunçu ilə təmsil olunan ölkə Fransadı. Belə desək, bu ölkənin startdakı payı 4,5-ə bərabər olub. Məsələ ondadı ki, Jiruya məhsuldar ötürmə verən yarımmüdafiəçi İsmael Bennaser Fransada doğulsa da, Əlcəzair yığmasının şərəfini qoruyur. Jiru, Mayk Menyan, Teo Ernandes, Pyer Kalulu isə fransalıdılar. Maraqlıdı ki, bir müddət əvvəl “Real” meydana ispaniyalı futbolçularsız çıxarkən madridlilərin heyətində məhz fransalılar üstünlük təşkil etmişdilər.
* “Milan”ın ilk “11-liy”ində digər ölkələr hərəyə bir oyunçu ilə təmsil olunublar. Rafael Leao Portuqaliya, Braim Dias İspaniya, Aleksis Salemakers Belçika, Rade Kruniç Bosniya və Hersoqovina, Fikayo Tomori İngiltərənin təmsilçisidi. Almaniyada dünyaya gələn Malik Tiav isə ana tərəfdən Finlandiya pasportunu da daşıyır.
* Pyoli bir saatlıq mübarizə arxada qalandan sonra Zlatan İbrahimoviç (İsveç), Şarl De Ketelare və Divok Orici (hər ikisi Belçika) kimi legionerləri mübarizəyə qoşub.
* “Salernitana” ilə oyunda lombardiyalıların heyətində görünən ilk italiyalı futbolçu Alessandro Florentsi olub. 32 yaşlı müdafiəçi 77-ci dəqiqədə Salemakersi əvəzləyib. 85-ci dəqiqədə isə Bennaserin yerinə Sandro Tonali meydana çıxıb. Maraq üçün rəqibin start heyətində yalnız 3 italiyalının oynadığını da bildirək.
* Ümumiyyətlə, bu mövsüm “Milan”ın iştirak ərizəsinə adı yazılan və meydana çıxmaq şansı olan digər italiyalı futbolçular bunlardı: Antonio Mirante (A seriyasında bu mövsüm oynamayıb), Davide Kalabriya (14 oyun), Matteo Qabbya (11) və Tommazo Pobeqa (13).

Mançini narahatdı

Roberto Mançini “Milan”la bağlı fakta görə narahatlığını dilə gətirməli olub. İtaliya yığmasının baş məşqçisini anlamaq çətin deyil. Hər halda ölkənin aparıcı klublarından birinin start heyətində yerli futbolçunun görünməməsi ilk növbədə onun işini çətinə salır: “Bu problem artıq bir müddətdi mövcudluğunu davam etdirir. Şikayətlənməyin mənası yoxdu, vəziyyətdən çıxış yolu tapılmalıdı. Aydın məsələdi ki, belə vəziyyət məni məyus edir. Ona görə ki, komandalarımızda yaxşı yerli oyunçuların sayı kifayət qədərdi. Amma hər klub və məşqçi öz seçimini etməkdə sərbəstdi”.

A seriyasında 28-ci fakt

Amma “Milan” çempionat matçına yalnız legionerlərlə başlayan ilk komanda deyil. A seriyasında bu planda bazar ertəsi 28-ci fakt qeydə alındı. Bu seriyada ilkə imza atan klub “İnter” olub. Sözün düzü, “Milan”ın əzəli rəqibindən bunun gözləmək olardı. “Qara-göylər”in sabiq çalışdırıcısı Joze Mourinyo 2008-ci il oktyabrın 19-da paytaxtda “Roma” üzərində 4:0 hesablı qələbəyə sırf legionerlərin mükəmməl oyunu sayəsində sevinib. Portuqaliyalı mütəxəssisin hazırkı komandasına qarşı matçın ikinci hissəsində mübarizəyə 3 əcnəbi oyunçunu qoşduğunu da vurğulayaq. Maraq üçün onu da yada salaq ki, “Milan”ın hücumçusu İbrahimoviç onda romalıların qapısına iki dəfə yol tapmışdı.

Bu fakt da maraqlıdı. İndi legionerlərə daha çox şans verilməsinə görə narahatlıq keçirən Mançini özü 2015-ci ildə Pyoli kimi addım atıb. O, “İnter”in “Palermo” ilə oyununa (1:1) yadellilərlə başlayıb.
Ancaq bu planda rekordçu “İnter” deyil. Milanlılar oyunlara 8 dəfə legionerlərlə başlayıbsa, “Udineze”də belə hal 9 dəfə baş verib. “Roma” 3, “Napoli” və “Fiorentina” 2, “Bolonya”, “Torino” və “Spetsiya” isə 1 dəfə ilk dəqiqələrdən “əcnəbi qiyafəsinə bürünüb”. “Milan” kimi “Torino” və “Spetsiya”nın bu siyahıya cari mövsümdə qoşulduğunu da bildirək.

115 il əvvəli xatırlayarkən...

Bu yerdə istər-istəməz 115 il əvvəli xatırlamalı olursan. “Milan”ın əsası 1899-cu ildə qoyulub. “İnter” isə 1908-ci ilin martında yaradılıb. Onda “Milan” rəhbərliyi əcnəbilərin xidmətindən imtina etmək və yola yalnız yerli oyunçularla davam etmək qərarına gəlmişdi. Bosların yeni siyasətindən narazı olan legionerlərlə italyanlardan ibarət 44 nəfərlik qrup martın 9-da yeni klub yaratmağı lazım bilmişdi. Kluba məhz “Milan”ı daim qıcıqlandırsın deyə “beynəlmiləl” mənasını verən “İnternatsionale” (klubun tam adı belədi) adı verilmişdi.
Bu hadisədən 115 il ötəndən sonra “İnter” sonuncu turun “Spetsiya” ilə matçına 5 italiyalı oyunçu ilə başlayır, “Milan”ın start heyətində isə yerli futbolçu görünmür!..


Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-10-2022, 22:0

“Milan”ı bu il “böyük beşlik”də lider edən fakt

Dünya futbolu

1-11-2022, 18:0

“Milan”ın 15 oyunluq seriyası qırıldı

Dünya futbolu

19-04-2022, 15:0

“Milan” A seriyasında öz rekorduna doğru gedir

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 278
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə