“Milan”ı bu il “böyük beşlik”də lider edən fakt

18.10.2022 22:53 389
Dünya futbolu
İtaliya çempionatının “Verona” ilə matçında qalib gələn (2:1) “Milan”ın seriyası davam edir.

“Milan” bu il A seriyasının səfər oyunlarında hələ də uduzmayıb. İtaliyanın son çempionu qitənin “böyük beşlik” adlandırılan liqalarında rəqib meydanında məğlub olmayan yeganə komandadı! Stefano Pyolinin çalışdırdığı komanda 2022-ci ildə ölkə çempionatında keçirdiyi 14 səfər oyunundan 10 qələbə və 4 heç-heçə ilə ayrılıb.