Benzema razılaşdı

17.01.2023 14:38 367
Dünya futbolu
Kərim Benzema klubu ilə anlaşıb.

Football-plus.az xəbər verir ki, təcrübəli futbolçunun tezliklə “Real”la müqaviləsini yeniləməsi gözlənilir.

Fransalı hücumçu yaxın günlərdə sözləşmənin müddətini 2024-cü ilin yayına qədər artıracaq. İspaniya klubunda 2009-cu ildən çıxış edən 35 yaşlı Benzemanın hazırkı müqaviləsi cari mövsümün sonunda qüvvədən düşəcək.