İntizam Komitəsinin iclası keçirildi

16.03.2023 12:37 254
Ölkə futbolu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 47 nömrəli futbolçusu Musa Musazadə 32-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 88 nömrəli futbolçusu Şirxan Həsənzadə 66-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 80 manat cərimə edilsin (maddə 51.2);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Neftçi-2” – “Qarabağ-2” oyunundan əvvəl baş tutan iclasa polis nümayəndəsi gecikdiyinə görə “Neftçi-2” komandası 40 manat cərimə edilsin (maddə 62.2);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda texniki zonanın girişində akkreditasiyasız şəxslərin əraziyə daxil olmasına görə “Neftçi-2” komandası 80 manat cərimə edilsin (maddə 49.6);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım briqadası matçın 66-cı dəqiqəsində zədəli futbolçunu apardıqdan sonra digər Təcili Tibbi Yardım briqadası ilə əvəzlənmədiyinə görə “Neftçi-2”yə xəbərdarlıq edilsin (maddə 59.5);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Səbail-2” – “İmişli” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Mingəçevir” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 23 nömrəli futbolçusu Röyal Əhmədovun 81-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);

13.03.2023-cü il tarixində Birinci divizionun 21-ci turunun “Mingəçevir” – “Kəpəz-2” oyununda “Mingəçevir” azarkeşləri meydançaya kənar əşya atdığına görə klub 160 manat cərimə edilsin (maddə 51.1).

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul