İntizam Komitəsinin iclası keçirildi

17.02.2023 14:33 344
Ölkə futbolu
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Football-plus.az PFL-in rəsmi saytına istinadən iclasda qayda pozuntuları ilə bağlı alınan qərarları təqdim edir.

Misli premyer-liqasının 22-ci turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 51.1);

“Kəpəz” klubunun futbolçusu Orxan Sadıxlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 1600 manat cərimə edilsin (maddə 36.1);

1-ci Divizionun 17-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin (maddə 84);

“Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);

17-ci turun “Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);

17-ci turun “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın və klub 320 manat cərimə edilsin (maddə 37.3.);

“Zaqatala” klubunun nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilsin (maddə 62.1).

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul