İsveç klubu “Qarabağ”ın üzvünü transfer etmək niyyətindədi

15.03.2023 17:13 651
Aktual
Luka Quqeşaşvilinin də müştərisi var.

"Football-plus.az" xəbər verir ki, gürcü qapıçı ilə “Kalmar” yaxından maraqlanır. İsveç klubu onu birbaşa transfer etmək niyyətindədi.

Onun da ağdamlılarla 2025-ci il iyunun 30-na kimi müqaviləsi qüvvədədi. İsveç klubu Lukanı transfer etmək üçün müəyyən məbləğ ödəməlidi. “Kalmar” hazırda qolkiperi izləmə mövqeyindədi. Luka bu mövsüm “Qarabağ”ın heyətində meydana çıxıdığı 18 matçın 8-də qapısını toxunulmaz saxlayıb.

İLKİN SULTANLI