"Neftçi" bir futbolçu ilə yolları ayıra bilər.
Football-plus.az xəbər verir ki, söhbət Qodsvey Donyodan gedir. Hücumçu ilə "Hapoel" (Təl-Əviv) yaxından maraqlanır. İsrail klubu qanalı 28 yaşlı hücumçunu qış "transfer pəncərəsi"ndə heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Donyo "Neftçi"nin heyətində 21 matçda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.
İLKİN SULTANLI