Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.
Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi ilə "Universitatya Krayova" yaxından maraqlanır. Bu barədə "Oltenia TV" məlumat yayıb.
Laurentsiu Regekampfın da adı bu klubla hallanır. Rumıniyalı mütəxəssi "ağ-qaralar"dan ayrılıb "Universitatya Krayova"ya keçsə, təcrübəli oyunçunu da özü ilə aparmaq niyyətindədi.
Qeyd edək ki, Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonuna qədərdi.
Rumıniya klubu Emin Mahmudovu transfer etmək istəyir
Premyer-liqa / Manşet




