Qış fasiləsində “Zirə”ni bir futbolçu tərk edə bilər.
“Football-plus.az” xəbər verir ki, Hamidu Keyta ilə “Hapoel” (Beer-Şeva) yaxından maraqlanır. Hazırda çempionatda 4-cü pillədə qərarlaşan İsrail təmsilçisi “Zirə”yə qışda oyunçu üçün az məbləğdə pul təklif etmək niyyətindədi. Azərbaycan klubu bununla razılaşmayacağı halda, Keyta mövsümün sonunda azad agent olaraq transfer ediləcək.
Qeyd edək ki, fransalı “Zirə”nin heyətində indiyə kimi 22 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.
İLKİN SULTANLI