Bu mütəxəssis adətən təmkinliyi ilə seçilir. "Football-plus.az" saytı olaraq Usubovdan rəsmi xəbərdarlıq almasının səbəbini soruşduq:
"Perspektivli hücuma çıxmışdıq və futbolçumuza qarşı aşkar kobudluq oldu. Baş hakim isə nə oyunu saxladı, nə də rəqibə rəsmi xəbərdarlıq etdi. Yəni qayda pozuntusu olduğu halda matçı davam etdirdi. Mən də özümü saxlaya bilməyib etiraz etdim və sarı vərəqə gördüm. Məni tanıyanlar bilir ki, hakimliyi müzakirə edən deyiləm, haqlı cəza alanda da hakimləri alqışlayıram. Amma "Səbail-2" ilə oyunda hakim səhv qərar verdi".
ABDULLA İSMAYILOĞLU





