Mövsümün ən gənc futbolçusu

15.12.2022 15:00 324
Premyer-liqa
Misli premyer-liqasının 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” (2:0) qarşılaşması futbolçu Nihad Əhmədzadə üçün əlamətdar olub.

Football-plus.az xəbər verir ki, "kimyaçılar"ın Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edib.

Nihad, həmçinin cari mövsümdə pemyer-liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.

Xatırladaq ki, klubun tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, baş məşqçimiz Samir Abasov 2017/18 mövsümündə “Sumqayıt”ı çalışdırarkən Səbuhi Abdullazadə komandamızın heyətində debüt etməklə premyer-liqanın tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul