• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” ÇL-də yeni rekord müəyyənləşdirdi - ŞƏRH

Çempionlar Liqası

13-03-2023, 21:0

“Bavariya” üç həftə əvvəl Parisdə qazandığı qələbədən sonra, təbii ki, cavab görüşü ərəfəsində bu duelin favoriti sayılırdı.

“Football-plus.az” xəbər verir ki, əlbəttə, heç kim PSJ-ni hesabdan silmirdi. Mbappe və Messi əla forma yığıb, belə yüksək səviyyəli ifaçılar isə istənilən rəqiblə duelin taleyini həll edə bilər. Gözlənildiyi kimi, Qaltyenin komandası ev oyunu ilə müqayisədə daha cəsarətli oyun planı seçmişdi. Topa daha çox nəzarət edən qonaqlar ilk yarının gedişində hesabı açmaq üçün iki gözəl şans yaxaladı. Ancaq əvvəlcə Messi yaxın məsafədən keyfiyyətli zərbə vura, ardından Vitinya topu boş qapıdan keçirə bilmədi. Daha dəqiqi, Zommer təzyiq altında topu itirdi, Vitinyanın zərbəsindən sonra isə De Liqt “sürüşmə” fəndi ilə topun qapı xəttini keçməsinə imkan vermədi.

Fasiləyə qədər hücumda heç nə edə bilməyən meydan sahibləri 2-ci hissədə fəallaşdı və oyunun axarını dəyişməyi bacardı. 61-ci dəqiqədə Verrattinin kobud səhvi hesabın açılmasına səbəb oldu. Onun cərimə meydançası önündəki səhvindən sonra Qoretska topu Çupo-Motinqə ötürdü, kamerunlu hücumçu yaxın məsafədən zərbə ilə Donnarummanı məyus etdi. PSJ-nin vəziyyəti bir qədər də çətinləşsə də, hər halda, məğlubiyyətdən qaçmaq üçün yetərincə vaxt var idi. Ancaq parislilər oyunun axarını dəyişməyi bacarmadılar. Onlar yalnız standart vəziyyətlər zamanı təhlükə yarada bilirdilər. Ramosun bir zərbəsindən sonra Zommer komandasını real qoldan xilas etdi, digər zərbəsində isə azacıq dəqiqlik çatmadı. Əvəzində sona yaxın rəqibi əks-hücumda tutan münhenlilər Qnabrinin dəqiq zərbəsi sayəsində qalibin kimliyinə tam aydınlıq gətirdilər. PSJ növbəti dəfə ÇL-də fiasko ilə üzləşdi. Çox güman, mövsüm bitəndən sonra Qaltye qovulacaq, klub rəhbərliyi çempionluqla kifayətlənən deyil. “Bavariya” bu dueldə daha güclü idi və 1/4 finala adlaması ədalətlidi.

Faktlar
* Messi ÇL-də start heyətində göründüyü oyun sayına (150) görə üçüncüdü. Argentinalı yalnız Kriştiano Ronaldo (178) ilə Kasilyasdan (176) geri qalır. Yeri gəlmişkən, Messinin komandaları 2015-dən bəri finala vəsiqə qazana bilmir. Sonuncu dəfə məhz həmin il onun heyətində olduğu “Barselona” “Yuventus”u məğlub etməklə (3:1) bu turnirin qalibi olub.
* PSJ 2023-də 6-cı məğlubiyyətlə barışdı. Bu il 15-ci oyununu keçirən parislilər “Lans” (1:3), “Renn” (0:1) və “Monako” (1:3) ilə çempionat, “Marsel”lə kubok (1:2) oyunlarında, eləcə də “Bavariya” ilə iki ÇL qarşılaşmasında uduzub. Halbuki komanda il dəyişənə qədər 2022/23 mövsümündə məğlubiyyət tanımırdı.
* PSJ tarixində ilk dəfə ÇL mövsümündə keçirdiyi bütün oyunlarda qol buraxdı. Parislilər turnirdə keçirdiyi 8 oyunun heç birində qapısını toxunulmaz saxlaya bilmədi. PSJ həmçinin şeyxlərin himayəsinə keçəndən bəri ilk dəfə ÇL-in pley-offunu qol vurmadan tərk etdi. Xatırladaq ki, hazırda klubun sahibi Nasser Əl-Xelayfinin sədri olduğu “Qatar Sports Investments” fondudu. Qətər fondu klubun səhmlərinə nəzarət paketinə 2011-ci ildə yiyələnib.
* ÇL-də 137 oyun keçirən PSJ bu turniri bir dəfə də qazana bilməyib. Yalnız “Arsenal” parislilərdən daha çox oyun (177) keçirməklə eyni uğursuzluğu yaşayıb.
* “Bavariya” tarixində 21-ci dəfə ÇL-də 1/4 finala adladı ki, istənilən başqa komanda bu nəticəyə həsəd aparır. Almaniya nəhəngi həmçinin bu turnirdəki son 4 oyunu “quru” keçirib ki, bu da klub rekordunun təkrarlanmasıdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-02-2023, 10:0

Messi ilə Neymar azarkeşlərə niyə yaxınlaşdı?

Reportaj / Çempionlar Liqası

16-02-2023, 10:0

Koman yenə PSJ-ni cəzalandırdı - REPORTAJ

Premyer-liqa / Reportaj

6-03-2023, 14:0

Səhv, avtoqol, penalti və “sülh”... - REPORTAJ

Dünya futbolu

26-10-2022, 23:0

Qrizmann “Atletiko” tarixinin ən yaxşı 3-cü hücumçusudu

DÇ 2026

15-02-2023, 14:0

PSJ büdrədi, “Monako” və “Lill” irəlilədi - Fransa çempionatı

Çempionlar Liqası

14-04-2022, 13:0

“Bavariya” - “Vilyarreal” matçında diqqətçəkən 5 məqam

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 130
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə