• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Koman yenə PSJ-ni cəzalandırdı - REPORTAJ

Reportaj / Çempionlar Liqası

16-02-2023, 10:0

PSJ – Bavariya 0:1 (0:0)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi (Kimpembe, 46), Ramos, Markinyos, Mendeş, Pereyra (Vitinya, 75), Verratti, Soler (Mbappe, 57), Zair-Emeri (Ruis, 57), Neymar, Messi.
Bavariya (Münhen, Almaniya): Zommer, Kanselo (Devis, 46), Pavar, Upamekano, De Liqt, Koman (Qnabri, 76), Kimmix, Qoretska, Musiala (Qravenberx, 87), Sane (Stanişiç, 90), Çupo-Motinq (Müller, 76).
Qol: Koman, 53.
Vərəqələr: Pavar, 26. Kimpembe, 70. Neymar, 87 – sarı. Pavar, 90+2 – qırmızı (2-ci sarı).
Hakim: Maykl Oliver (İngiltərə).
14 fevral. Paris. 46435 tamaşaçı.

oyunun statistikası
9 (4) qapıya (“çərçivə”yə) zərbə 17 (7)
4 künc zərbəsi 5
5 ofsayd 3
8 qayda pozuntusu 18
2 (0) sarı (qırmızı) vərəqə 2 (1)
45 topa sahibolma (faizlə) 55

Noyabrdakı püşkatmadan sonra daha böyük maraqla gözlənilən cütlərdən biri də bu idi. PSJ ilə “Bavariya”nın yolu son illərdə dəfələrlə kəsişib, artıq arada müəyyən prinsipiallıq yaranıb. Xatırladaq ki, 2020-nin avqustunda qitənin əsas klub turnirinin finalında məhz parislilərlə münhenlilər qarşılaşmış, onda Almaniya klubu Komanın yeganə qolu ilə qalib gəlmişdi. Çempionlar Liqasının növbəti mövsümündə PSJ 1/4 finalda “Bavariya”dan qisas ala bildi. Onda Münhendə parislilər 3:2, Parisdə isə münhenlilər 1:0 hesabıyla qalib gəldi. “Səfər qolu” qaydası hələ işlədiyindən PSJ yarımfinala adladı.

Bu duel ərəfəsində “Bavariya” favorit sayılırdı. İndiki idman formasını ideal saymaq mümkün olmasa da, Naqelsmannın komandası PSJ ilə müqayisədə daha balanslaşdırılmış heyətə malikdi. “Bavariya” uzun qış fasiləsindən sonra keçirdiyi ilk 3 oyunda heç-heçə ilə kifayətlənib, ardından “Maynts-05” ilə kubok, “Volfsburq” və “Bohum” ilə bundesliqa oyunlarında 11 qol vurub. Münhenlilər Parisə müəyyən itkilərlə təşrif buyurmuşdu. Söhbət zədəli Noyer, Ernandes, Mazraui və Manedən gedir. PSJ də öz növbəsində klub mövsümü canlanandan sonra o qədər də inamlı çıxış etmir. Qaltyenin komandası DÇ-dən sonra keçirdiyi 8 çempionat oyununun 4-də qalib gəlib, 3-də uduzub. Parislilər həftəsonu bütün komponentlərdə “Monako”ya uduzmuşdu – 1:3. Bəli, bu məğlubiyyəti Qaltyenin hədsiz eksperimental heyətinin ayağına yazmaq olar. Ancaq buna qədər də optimal heyətlə kubokda “Marsel” ilə bacarmadılar. Sözsüz, parislilər liderlərin indiki idman formasına və Mbappenin zədəsinə görə əziyyət çəkir. Demək olar ki, Qaltye ondan asılı olmadan yaranan şəraitin əsiri idi. Ancaq PSJ ardıcıl 2-ci il ÇL-də pley-offun elə ilk mərhələsində mübarizəni dayandırarsa, baş məşqçinin uğursuzluğa izah tapması çətin olacaq. Çünki Fransa klubunun bossları artıq neçə ildi məhz ÇL-i qazanmaq uğrunda çarpışır.

“Bavariya” favorit statusunu “Park-de-Prens”dəki oyunda doğrultdu. Qonaqlar oyunun lap əvvəlindən diqtə edən tərəf idi. Onlar önəmli oyun üstünlüyünə malik olsalar da, ilk yarıda bunu təhlükəli vəziyyətlərə çevirə bilmirdilər. Ulduzlarla zəngin PSJ isə gözlənilmədən autsayder statusuna uyğun taktiki plan seçmişdi. Parislilər “avtobus qoymuşdular”, dərindən, ancaq təşkilatlanmış şəkildə müdafiə olunurdular. Meydan sahibləri nədənsə əks-hücumlara da can atmırdılar. Belə oyun fonunda 2-ci hissənin əvvəlində hesab açıldı. Sol cinahdan qurulan hücumun ardından nəzarətsiz qalan Koman Donnarummanın qapısına dəqiq baş zərbəsi vurdu. Bu qolda italiyalı qapıçının da ən azı müdafiəçilər qədər günahı var idi. Fransa klubu qoldan sonra B planına keçməyə və oyun üslubunu dəyişməyə məcbur oldu. Qaltyenin 57-ci dəqiqədə meydana buraxdığı, zədədən yenicə ayrılan Kilian PSJ-nin oyununu ciddi şəkildə gücləndirdi. Gənc forvard iki dəfə Zommerin qapısına yol tapsa da, qollar ofsayd üzündən qeydə alınmadı. Sonda parislilər rəqib qapısı önündə təzyiq dalğası da yaratdı. Messiyə qarşı hədsiz kobud oynayan Pavar da uzatma dəqiqələrində meydandan qovuldu. Ancaq Qaltyenin komandası məğlubiyyətdən qaça bilmədi. Təbii ki, bu cütdə hələ heç nə bitməyib. Ancaq “Bavariya”nın evdəki cavab oyununa bir addım öndə çıxacağı da reallıqdı.

Faktlar

* “Bavariya” məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırdı. Sonuncu dəfə sentyabrın 17-də “Auqsburq”a uduzan (0:1) münhenlilər həmin vaxtdan bəri 16 qələbə qazanıb, 4 oyunda heç-heçə edib. “Bavariya” ÇL-in cari mövsümündə keçirdiyi 7 oyunun hamısında ümumi 19:2 hesabıyla qalib gəlib.
* PSJ müxtəlif turnirlərdə keçirdiyi ardıcıl 3-cü oyunda məğlubiyyətlə barışdı. Komanda buna qədər ölkə kubokunda “Marsel”ə (1:2), çempionatda isə “Monako”ya (1:3) uduzmuşdu. PSJ-nin ardıcıl üç məğlubiyyətdən ibarət seriyasına sonuncu dəfə 2020-də təsadüf olunub. Onda parislilər “Bavariya”, “Lans” və “Marsel” ilə bacarmamışdı.
* Uorren Zair-Emeri 16 yaş 343 günlüyündə PSJ-nin start heyətində göründü. O, ÇL tarixinə pley-off oyununda start heyətində çıxış edən ən gənc oyunçu kimi düşdü.

Oyundan sonra...

Kristof Qaltye, PSJ-nin baş məşqçisi: “Hücum əməliyyatlarına başlaya bilmirdik, “Bavariya” bizi küncə dirəmişdi. Belə oyunlar üçün zəruri olan şaquli oyun göstərmədən bizə çətin olacağını bilirdim. Belə şaquli oyunu cinah müdafiəçiləri təmin etməliydi, təəssüf ki, Hakimi çox tez oyundan qopdu. İlk yarı çətin keçdi. Ancaq bizim başqa planımız da var idi. Mbappedən yararlana biləcəyim aydın idi. Sadəcə, dəyişiklik etməyə hazırlaşarkən qol buraxdıq. Sonrakı 25 dəqiqədə isə komandanın qola reaksiyasını, necə dəyişdiyini gördük. Son 25-30 dəqiqədə rəqibə təzyiq göstərdik, təhlükəli vəziyyətlər yaratdıq. Əlbəttə, məyusuq. Ancaq onu da bilirdik ki, bu gün nə növbəti mərhələyə çıxacağıq, nə də mübarizəni dayandıracağıq. Hər şey üç həftədən sonra bilinəcək. Çətin dönəmdən keçirik, heyətdəkilərin fiziki durumla bağlı problemi var. Bundan başqa, qrafik də sıxdı. Özü də məhz komandamız zəiflədiyi məqamda. 0:1 mənfi nəticədi, ancaq indi səfər qolu qaydası dəyişib. Bizə Münhendə qələbə lazımdı. Son 25 dəqiqə ümid verir. Ümid edirəm ki, bəzi oyunçular bərpa olunacaq, qarşıdakı üç həftədə komandaya təravət gələcək. Söhbət yarımmüdafiə xəttindən – Mukiele ilə bu gün yalnız bir hissə oynayan Kimpembedən gedir. Mübarizəni dayandırmadıq və növbəti mərhələyə adlamadıq – reallıq budu. Ümidlərim böyükdü. Paltardəyişmə otağında futbolçularla danışdıq. Üç həftə sonra bu gün son 25-30 dəqiqədə göstərdiyimiz futbolu oynasaq, “Bavariya” üzərində qələbəyə ümid edə bilərik. Həmin qələbə isə ya penalti seriyasına səbəb olacaq, ya da bizi növbəti mərhələyə çıxaracaq”.
Yulian Naqelsmann, “Bavariya”nın baş məşqçisi: “İlk 25 dəqiqədə yaxşı oynadıq və vəziyyətə nəzarət etdik. Hiss olunurdu ki, komandam topa sahib olduğuna, PSJ geri çəkildiyinə görə çox təəccüblənib. PSJ-nin daim dərindən müdafiə olunduğunu bilirdim, ancaq rəqibin bu qədər passiv olmasına, topu ələ keçirməyə çalışmamasına təəccübləndim. Mbappe meydana çıxandan sonra stadionda atmosfer dəyişdi. PSJ-nin oyunçuları ayıldılar. Daha çox pressinq tətbiq etmək, müdafiə olunmaq lazım gəldi. İki dəfə ona qarşı pis oynadıq. Yaxşı ki hər ikisi ofsayd idi. PSJ-nin Mbappe ilə güclü olmasından narahat deyiləm. Sizə cavab görüşü haqda danışmayacam, ancaq durumu təhlil edəcəyik. Yaxşı ideyalarımızın olacağına inanıram. PSJ-yə zərbə vura biləcəyimizi anlayırıq”.

Kilian Mbappe, PSJ-nin forvardı:

“Oyunun sonunda başverənləri unutmaq lazım deyil. Uduzduq, ancaq rəqibə problem yaratmağa qadir olduğumuzu da gördük. Cavab oyununda meydana mərhələ adlamaq niyyəti ilə çıxacağıq. Meydana çıxmağım planlaşdırılmasa da, oyundaşlarıma yardım etmək istəyirdim. Gecə-gündüz çalışırdıq. Bizə lazımdı ki, cavab oyunu ərəfəsində hamı sağlam olsun, hər kəs yaxşı qidalansın və yatsın. Biz tam heyətlə olanda və hücum futbolu göstərəndə rəqiblər əziyyət çəkir. Bu gün gördüm ki, geridönüş imkanımız var. Yalnız 0:1 uduzmuşuq, səfər qolu qaydası yoxdu. Hücum futbolu göstərsək, rəqibə çətinliklər yaratsaq və bir qol vursaq, artıq heç-heçə olacaq. Növbəti mərhələyə vəsiqə qazanmalıyıq. Hamımız birlikdə yaxşı nəticəyə nail ola bilərik, ancaq yaxşı çalışsaq. Bizi darmadağın etmədilər. Tur adlamaq şansı həmişə var. Ümumilikdə meydana çıxmamalıydım. Çıxandan sonra isə çalışdım ki, heç nəyə görə təəssüflənməyim. Belə oyunlar üçün işləyirik. Oyuna ehtiyat oyunçular skamyasından baxmaq çox çətin idi. Bu oyunda cəmi yarım saatım oldu. İndi bərpa ilə məşğul olacam ki, daha effektli oynayım”.

Serxio Ramos, PSJ-nin müdafiəçisi: “Bavariya”ya qarşı çox-çox gərgin oyun keçirdik, əla rəqibdi. Nəticə isə pis, çox pisdi. Evdə - fanatlarımız önündə oynamaq imkanından yararlanmadıq. Topa nəzarət edərkən bizdə xarakter çatmadı. Hücumlar daha şaquli olmalıdı. Daha təcrübəli oyunçular başqalarına sakitlik ötürməlidi. Biz il növbədə qalib gəlmək istəyirik, ancaq futbolda belə də olur. Yaxşı və ya pis oynamağından asılı olmayaraq, tarixdə nəticə qalır”.

Paylaş:
Digər xəbərlər

DÇ 2026 / Manşet

13-12-2022, 14:0

“İnter” və “Bavariya” ilə bağlı seriya bu dəfə də davam edəcək!

Dünya futbolu

5-08-2022, 11:0

"Bavariya"da ən çox maaş alan futbolçuların siyahısı

Dünya futbolu

1-11-2022, 23:0

Pavar sürücülük vəsiqəsini itirdi

Dünya futbolu

3-04-2022, 21:0

''Bavariya'' meydanda 12 futbolçu ilə oynadı!

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə