Messi ilə Neymar son 10 ayda ilk dəfə oyundan sonra PSJ fanatlarına yaxınlaşdı.
“Bavariya”ya məğlubiyyətdən sonra trubunalara yaxınlaşıb üzrxahlıq edənlər, dəstəyə görə minnətdarlıq bildirənlər arasında bu iki ulduz da var idi. Azarkeşlər olan sektora Markinyos, Vitinya, Danilo Pereyra və Serxio Ramos da yaxınlaşmışdı.
“RMC Sport” yazır ki, Messi ilə Neymar son 10 ayda azarkeşlərə yaxınlaşmayıb. 2022-nin martında – PSJ “Real”la duelin ardından ÇL-də mübarizəni dayandırandan 4 gün sonra çempionatda “Bordo” ilə qarşılaşanda münasibətlər pozulub. Parisli azarkeşlər həmin gün oyunçuları, xüsusən də Messi ilə Neymarı fitə basıb. Yalnız Mbappeni alqışlayıblar.