• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” - “Vilyarreal” matçında diqqətçəkən 5 məqam

Çempionlar Liqası

14-04-2022, 13:0

“Vilyarreal” bu mərhələdə “Bavariya” ila müqayisədə autsayder sayılsa da, 1/8 finaldakı uğuru “sarılar”a bir qədər hörmətlə yanaşmanı vacib etmişdi.

Əvvəlki mərhələdə “Yuventus”u İtaliyada böyük hesabla (3:0) məğlub edən Emerinin komandası ötən həftə münhenliləri minimal hesabla üstələmişdi. Doğrudu, “Bavariya” üçün evdə bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxmaq çox da çətin vəzifə kimi görünməyə bilərdi. Almaniya nəhəngi ÇL-də buna dəfələrlə nail olmuşdu. Amma Naqelsmannın komandasının “sarılar”ın intizamlı müdafiəsini nə dərəcədə və neçə dəfə yara biləcəyini yalnız cavab görüşü göstərəcəkdi.

Avropa Liqasının son qalibi, gözlənildiyi kimi, Münhendə əsas diqqəti ilk oyundakı kiçik üstünlüyünü qorumağa, qapısını yenə toxunulmaz saxlamağa çalışdı. La Liqada son həftələr zəif nəticələr göstərən “Vilyarreal”ın “Bavariya”nın hücumlarının qarşısını hansı dəqiqəyə qədər alacağı maraq doğururdu. Naqelsmann meydana hücumameyilli heyət buraxsa da, onun komandasının həmlələri, demək olar ki, real qol vəziyyətləri ilə nəticələnmirdi. Meydan sahibləri istəyinə yalnız ikinci hissənin əvvəlində çatdılar: Levandovski Müllerin ötürməsi ilə hesabı açdı. Bu, Emerinin komandasının oyun planlarına böyük zərbə sayıla bilərdi. Qoldan az sonra münhenlilər fərqi artırmaq üçün daha bir imkan yaxaladılar. Ancaq Müller şansdan yararlana bilmədi. Qonaq komanda isə oyun intizamını pozmur və iki matçın ümumi nəticəsinə əsasən yaranan heç-heçə vəziyyətini qorumağa çalışırdı. “Vilyarreal” eyni zamanda növbəti qolu gətirəcək şansını da gözləyirdi. Bu planda Emerinin əvəzləməsi həlledici rol oynadı. 84-cü dəqiqədə Koklenin yerinə meydana çıxan Çukvueze az sonra Jerar Morenonun ötürməsi ilə cavab qolunu vurdu. Həmin epizodda meydana yenicə çıxan Devisin əvvəlcə ofsaydı pozması, sonra isə Çukvuezenin qarşısını ala bilməməsi ev sahiblərini şok vəziyyətinə saldı. Münhenlilər sona qədər rəqibi təzyiq altında saxlasalar da, hakimin final fiti mövsümün növbəti sürprizini, daha doğrusu, sensasiyasını rəsmiləşdirdi!

Faktlar
* “Bavariya” ardıcıl ikinci mövsüm ÇL-də mübarizəni 1/4 finalda dayandırdı. Almaniya klubu bir il əvvəl bu mərhələdə PSJ-yə rəqib meydanında daha az qol vurduğuna (2:3, 1:0) görə məğlub olmuşdu.

* Oyun ərzində “Bavariya”nın qapısına yönələn yeganə zərbə qolla nəticələndi. “Vilyarreal”ın rəqib qapısına endirdiyi 4 zərbədən 3-ü hədəfə düşməsə də, yeganə dəqiq zərbə mərhələni adlamaq üçün kifayət etdi. Münhenlilərin qapı istiqamətində vurduğu 24 zərbədən 4-ü dəqiq alındı. Maraqlıdı ki, ilk görüşdə “Vilyarreal”ın “çərçivə”yə düşən yeganə zərbəsi minimal hesabla qalib gəlməsinə səbəb olmuşdu.

* “Vilyarreal” ikinci dəfə ÇL-in yarımfinalına vəsiqə qazandı. İspaniya klubu ilk dəfə 2005/06 mövsümündə ən güclü 4 komanda sırasına düşmüşdü. “Sarılar” onda “Arsenal” səddini keçə bilməmişdilər (0:1, 0:0).

* “Vilyarreal” bütün turnirlərdə keçirdiyi son 6 oyunda 2 qələbə qazanıb. Emerinin komandası məhz ÇL-də “Yuventus”a (3:0) və “Bavariya”ya (1:0) üstün gəlib. La Liqada baş tutan son 3 matçda hesabına yalnız 1 xal yaza bilən “Vilyarreal” hazırda 7-ci yeri tutur.

* Levandovski ÇL-in cari mövsümünü 13 qolla hələ ki bombardirlərin siyahısında lider mövqeyində başa vurdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-04-2022, 18:0

Klopp "Vilyarreal"dan ehtiyat edir - "Çətin olacaq"

Çempionlar Liqası

13-04-2022, 10:0

"Vilyarreal" yarımfinala belə yüksəldi - VİDEO

Dünya futbolu

21-04-2022, 13:0

Levandovski Naqelsmanndan narazıdı

Aktual
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 20:46
    MS-ni tərk edə bilər
  • Bu gün, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Bu gün, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Bu gün, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Bu gün, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Bu gün, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Bu gün, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Bu gün, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Bu gün, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Bu gün, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Bu gün, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Bu gün, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Bu gün, 14:11
    “Bozqurd” yatmaz!
  • Bu gün, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Bu gün, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Bu gün, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Bu gün, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Bu gün, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Bu gün, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Bu gün, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Bu gün, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 132
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə