Millimiz Türkiyəyə uduzdu

25.06.2022 21:52 464
Yığma
Türkiyədə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilmiş oyunda yığma 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Bu komandalar arasında növbəti oyun iyunun 28-də keçiriləcək.